Son dövrlərdə Azərbaycanda internetin sürəti artıb' - Osman Gündüz

Son dövrlərdə Azərbaycanda internetin sürəti artıb' - Osman GündüzSon zamanlarda ölkədə internetin sürətinin aşağı olması ilə bağlı narazılıqlar yaranıb. İstifadəçilər müxtəlif provayderlər üzrə internet sürətində problemlərlə üzləşdiklərini qeyd edirlər.
Bəs, ölkədə internetin sürətində problemlər varmı?
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib.
O, deyilənlərin əksinə olaraq bildirib ki, ölkədə internetin sürəti artıb:
"Son dövrlərdə ölkədə internetin sürəti artıb. Məsələn, "Aztelekom"la "Baktelecom"a diqqət etdikdə görmək olar ki, aşağı sürətləri ləğv etdilər, buna görə narazılıqlar da oldu. Yəni bu provayderlər aşağı sürəti ləğv edib keçdilər yüksək sürətlərə. Biz də onun davasını edirik ki, bəzi adamlar üçün 10 mbit/s-i niyə saxlamayıblar? Onlar 10 mbit/s-i də ləğv edib 15-dən başlayıblar".
Osman Gündüzün sözlərinə görə, ölkənin rayonlarında internetin sürətinin aşağı olması müşahidə oluna bilər:
"Ümumiyyətlə yanaşsaq, Azərbaycanda internetin sürətinin artması tendensiyası müşahidə olunur. Real vəziyyət belədir. Elə "Aztelekom"la "Baktelecom" buna misaldır. Yəni, bunlar yüksək sürət verə bilirdilər ki, aşağını ləğv etdilər. Əvvəl verə bilmirdilər. İndi onlar GPON (Gigabit Passive Optical Network) deyilən bir infrastrukturu qurdular, yəni fiber-optik infrastrukturu qurdular. Bu fiber-optik infrastruktur onlara imkan verdi ki, daha yüksək sürətlər versinlər. Amma deyim ki, bu, hələlik bütün ölkə üzrə deyil. Bütün ölkə üzrə regionlarda hələ ki, ADSL qalıb. Bunlar indi GPON texnologiya ilə fiber-optik çəkdilər. Onun aşağı sürətini ləğv edib, yüksək sürəti saxladılar. Amma ölkənin əksər rayonlarında ADSL qalıb. Onunla da yüksək sürət vermək olmur. Orada internet keyfiyyətsizdir. Onlar elə əvvəlki qaydadadır. Gərək orada da adıçəkilən qurumlar ADSL-i ləğv edib GPON-a keçsinlər ki, aşağı sürətlər ləğv olunsun və onlar da yüksək sürətə keçsinlər".
Onu da qeyd edək ki, "Baktelecom" tariflərdəki dəyişikliklə bağlı məlumat yaymışdı:
"İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Bakı Telefon Rabitəsi" MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir".
Aydın Nuri

Xəbərlər     Tarix: 30 avqust 2022

Oxşar xəbərlər

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd


iqtisadi xeberler iqtisadiyyat xeberleri avtomobil xeberleri bitkoin almaq dollar məzənnəsi