"S&P": "Azərbaycan yanvarda OPEC kvotasının 87%-ni istifadə edib"

Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 480 min barel təşkil edib və bununla o, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kvotasının 87.12%-dən istifadə edib.
Bu göstərici "OPEC+" kvotasından gündəlik 71 min barel və ya 12.88% geri qalır.
Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 551 min bareldir.
Qeyd edilib ki, "OPEC+" ölkələrinin xam neft hasilatı yanvarda gündəlik 340 min barel azalıb. Bu da son 6 ayın ən kəskin düşüşü olub. Buna səbəb təşkilata daxil olan bəzi üzvlərin könüllü olaraq hasilatı azaltması və etirazçıların Liviyanın ən böyük neft yatağını iki həftədən çox müddətə bağlaması idi.
Hasilatla bağlı ən böyük aylıq azalma OPEC-in 12 ölkəsinin payına düşür. Eyni zamanda, əsas qrupun hasilatı sutkada 310 min barel azalıb.
OPEC üzvləri bu ilin yanvarında gündəlik 26.49 milyon barel neft hasil edib. Bu göstərici ötən ilin dekabrında gündəlik 26.80 milyon barel idi. Bu azalma Anqolanın kvotalara dair narazılığına görə təşkilatdan çıxması ilə bağlıdır.
Bu arada, Rusiya başda olmaqla təşkilata üzv 10 ölkədə neft hasilatı aylıq göstəricidə 30 min barel azalaraq 14.72 milyon barel təşkil edib. Bu, Oman və Rusiyada hasilatın bir qədər azalması ilə əlaqədardır.
"OPEC+"un ötən ilin noyabrında keçirilən son iclasında hasilatı əhəmiyyətli dərəcədə azaltmağa razılaşan Küveyt və İraqda neft hasilatı müvafiq olaraq gündəlik 100 min barel və gündəlik 80 min barel azalıb. Ancaq araşdırmaya görə, hər ikisi öz kvotalarından daha çox "qara qızıl" hasil edir. Məsələn, İraqda bu göstərici gündəlik 270 min bareldən çoxdur.
OPEC-in aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı neft hasilatı səviyyəsini saxlayıb. Krallıq bazarı sərtləşdirmək səylərində hasilatçılar blokuna rəhbərlik etdiyi üçün ötən ilin iyulundan bəri gündəlik hasilatı 1 milyon barel könüllü olaraq azaldır.
Xatırladaq ki, "OPEC+" koalisiyası 2022-ci ildən bəri hasilatı silsilə şəkildə azaldıb. Hasilatın azaldılmasına dair son qərar 2024-cü il yanvarın 1-də qüvvəyə minib. Bununla Səudiyyə Ərəbistanı hasilatı gündəlik 1 milyon barel, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman isə ümumilikdə gündəlik 696 min barel azaldacaqlarını bəyan ediblər. Rusiya isə neft ixracını gündəlik 500 min barel azaldacağını bildirib.
Qeyd edək ki, "OPEC+" ölkələrinin hasilatı qlobal tədarükün təxminən 40%-ni təşkil edir. / banker.az

Xəbərlər     Tarix: 09 fevral 2024

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin en son xeberler