S&P: "Azərbaycanda bağlanan bankların SİF-ə 200 milyon manatdan çox kredit borcu var"

S&P: Sahibkarlığın İnkişafı Fondunun (SİF) lAzərbaycanda əğv prosesində olan 14 kommersiya bankına vermiş kreditlər üzrə 217 milyon manatlıq borc yaranıb.
KONKRET.azxəbər verir ki, bu barədə SİF-in uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "BB-/B" səviyyəsində müəyyən edən "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
"2022-ci ilin ortalarında ehtiyatlar ümumi kreditlərin 27,5 %-ni təşkil edib və 3-cü dərəcəli kreditlərin 113 %-ni əhatə edib ki, bu da həmin səviyyənin ləğv edilən banklardan qalmış problemli kreditlərinin tam təmin olunduğunu göstərir. 2022-ci ilin ortalarına qədər vaxtı keçmiş kreditlərin təxminən 2/3 hissəsi kənd təsərrüfatı istehsalı və emalı, təxminən 20 %-i məhsul istehsalı və emalı üçün verilən kreditlərin payına düşür.
SİF son istifadəçi olan sahibkarların deyil, maliyyə institutlarının kredit riskinə məruz qalır. SİF aktivlərinin keyfiyyəti (2022-ci ilin ortalarına üçüncü dərəcəli kreditlər ümumi kredit portfelinin 24 %-ni təşkil edib) bizim Azərbaycanın bank sistemi üçün qiymətləndirməmizdən (təxminən 8-10 %) xeyli zəifdir", – agentlik qeyd edir.
S&P-nin məlumatına görə, ilk üç bankın (Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank" və "Kapital Bank") kreditləri SİF-in ümumi kredit portfelinin təxminən 40 %-ni, digər bütün bankların və kredit ittifaqlarının kreditləri isə fondun ümumi kredit portelinin 5 %-ni və ya daha azını təşkil edir.
SİF sahibkarlara 5 %-dən daha aşağı faizlə kredit təqdim etmək üçün fəaliyyətdə olan 40-a yaxın yerli kommersiya bankına və kredit ittifaqına Azərbaycan manatı ilə 1 % dərəcəsi ilə kreditlər verir ki, bu da bazar faizlərindən xeyli aşağıdır və sahibkarlara sərfəli faizlə borc götürmək imkanı verir.
Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni əsas borcun və vaxtı çatan kreditlər üzrə faizlərin ödənilməsi, habelə öz kapitalı hesabına həyata keçirir.
"Biz SİF-in kapitallaşmasının növbəti 24 ay ərzində çox güclü qalacağını gözləyirik. Risklər nəzərə alınmaqla kapitalın yetərlilik əmsalı (RAC) 2021-ci ilin sonunda 51,5 % olub. Proqnozlarımıza görə, Azərbaycan İnvestisiya Şirkəti ilə birləşmədən sonra bu göstərici 2022-2024-cü illərdə 30 %-dən yuxarı qalacaq və xalis gəlirin illik 2-3 % azalması ilə dəstəklənəcək", – məlumatda deyilir.

Xəbərlər     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler valyuta mezennesi biznes xeberleri valyuta xeberleri dollarin kursu bu gun