"SpaceX" internet peyklərinin növbəti qrupunu orbitə çıxarıb
"SpaceX" kompaniyasının "Falcon 9" raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan "Starlink" peyklərinin növbəti qrupunu orbitə çıxarıb.
Kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 52 mini peyk çıxarılıb.
Daşıyıcı raket çərşənbə günü ABŞ-ın Sakit okean sahilləri vaxtı ilə saat 16:10-da (Bakı vaxtı ilə bu gün saat 03:10) ABŞ Kosmik Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) bazasından start götürüb. Bu, 2019-cu ilin mayından bəri internet peyklərinin orbitə çıxarılan sayca 64-cü qrupudur. "SpaceX" indiyədək ümumilikdə 3,5 mindən çox peyk buraxıb. Onların üç mindən çoxu işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan "SpaceX" orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.
Hazırda "Starlink" peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edirlər. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml