"SpaceX" kommersiya peyk daşıyıcısını orbitə buraxıb
Amerikanın "SpaceX" şirkəti çərşənbə axşamı orbitə 114 kommersiya vasitəsini çıxaran "Falcon 9" raket daşıyıcısının buraxılışını həyata keçirib.
Buraxılış şirkətin saytında yayımlanıb.
"Transporter-6" missiyası çərçivəsində raketin buraxılışı Kanaveral burnunda (Florida ştatı-red) buraxılış meydançasından yerli vaxtla saat 09:56-da (Bakı vaxtı ilə 18:56) baş tutub. "Falcon 9" Yer orbitinə 114 mikropeyki, digər aparatları çatdıracaq və onların yerləşdirilməsi orbitə buraxıldıqdan təxminən bir saat sonra başlayacaq.
Raket daşıyıcısının birinci mərhələsi əvvəllər 14 buraxılışda istifadə olunub. "SpaceX" əməkdaşları "Falcon 9"-un bu elementini Yerə qaytarmaq niyyətindədirlər. Ehtimal olunur ki, buraxılışdan sonra cihaz avtomatik olaraq rahat şəkildə kosmodromda yerləşən platformaya enəcək. Bu texnologiya şirkətə növbəti buraxılışların xərclərini azaltmağa imkan verir. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind