"Starlink" peyk xidmətləri Azərbaycanda bu tarixdən aktivləşəcək

ABŞ-ın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk xidmətləri Azərbaycan ərazisində bu ilin IV rübündə – oktyabr-dekabr aylarında aktivləşəcək.
Bu barədə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.
Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılır.
"Starlink" hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15.3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman "SpaceX" həmin məbləği geri qaytaracaq.
"Starlink" Azərbaycan ərazisində fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri "birinci gələnə birinci xidmət" prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.
Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və "SpaceX"ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.
Qonşu ölkələrə gəlincə isə "Starlink" Gürcüstanda isə bu ilin II rübündə aktiv olacaq. Ermənistan və Türkiyədə isə xidmətə qoşulmaq 2024-cü ildən mümkün olacaq. Rusiya və İran isə adıçəkilən qurumun fəaliyyət planlarına daxil deyil. / banker.az

Xəbərlər     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti