Start-up nədir?
Start-up ingilis dilindən tərcümədə "başlamaq" və ya "işə salmaq" mənalarını verir. Startuplar, tələbat olduğuna inandıqları bir məhsul və ya xidmət inkişaf etdirmək istəyən sahibkarlar tərəfindən təsis edilir. Startuplar təsisçilərin bazara çıxarmaq istədikləri tək məhsul və ya xidmətə yönəlmiş şirkətlər və ya müəssisələrdir. Startup
əsasən yeni biznes, iş modeli üzərində fokuslanan, sürətli inkişaf və yenilikçi həlləri hədəfləyən gənc müəssisədir.
Müasir dövrdə start-up ifadəsi çox məşhurlaşıb. Gənc nəsilə baxdıqda çoxları ceo olmaq, ya da səhər 9-dan axşam saat 6-ya qədər işləməyin düzgün olmadığını, buna görə də öz startuplarını yaratmaq istədiklərini eşidirik. Lakin onlar ilk olaraq bilməlidirlər ki, əgər sən ortaya yeni bir ideya, iş qoymaq istəyirsənsə səhər 9-dan
axşam 9-a qədər işləmək belə çətin gəlməməlidir. Çünki, startupların böyük biznes şirtkətləri qədər vaxtları olmur. Onlar qısa zaman içərisində sürətlə inkişaf etmək
məcburiyyətindilər. Əks halda uzun müddət bu sahədə qala bilməzlər. Startup biznesində yenilik çox vacibdir. Buna görə də, bir çox böyük şirkətlər həmişə uğurlu startup axtarışındadırlar. Onlar düşünürlər ki, bir neçə il vaxt itirərək yeni ideyalar hazırlamaqdansa, hazır startupları almaq daha sərfəlidir.
Ən böyük start-up-lara HP, Facebook, YouTube, İnstagram, Wikipedia və s. misal göstərmək olar.
Hal-hazırda həm ölkəmizdə, həm də xarici ölkələrdə məşhur olan Uber taksi xidməti son illərin ən uğurlu startup layihələrindəndir. Uber necə başladı? Garrett Camp və Travis Kalanick 2009-cu ildə Uber sürmə proqramını qurdular. Camp Parisdə taksi tutmağa çalışarkən məyus oldu və bu, Uber ideyasını doğurdu. Müştərilərə smartfon tətbiqi vasitəsilə asanlıqla səyahət tələb etməyə imkan verən biznes ideyası var idi. Yaranmasından 10 il sonra Uber 2019-cu il mayın 9-da ictimaiyyətə təqdim edildi. Yolların yaxşı və ya pis olmasına baxmayaraq, Uber gəzinti paylaşımı sahəsində lider şirkət olaraq qalır. 2022-ci il illik hesabatında Uber cəmi 7,6 milyard səfər, 31,9 milyard dollar gəlir və 9,1 milyard dollar xalis zərər olduğunu bildirdi.
Əgər startuplarınız varsa burda ən əsas olan şey sizin əzminiz, iş sevginiz olacaq.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?