Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənir
Strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçiriləcək. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
KONKRET.azxəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında" qanun layihəsində əksini tapıb.
Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən strateji əhəmiyyətli malların siyahısı əsasında müəyyən edilir.
Yuxarıda nəzərdə tutulmuş nomenklatura üzrə strateji ehtiyatların minimal həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə strateji ehtiyatların yuxarıda qeyd olunan nomenklaturasında göstərilən minimal həcmindən artıq tədarükü həyata keçirilə bilər.
Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada məlumat təqdim etməlidirlər.
Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların yuxarıda nəzərdə tutulan nomenklaturadakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda dövlət ehtiyatları üzrə məsul orqan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu halların qarşısının alınması istiqamətində təkliflər təqdim edir.
Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən təmin edilir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ən çox gəlir gətirən onlayn bizneslər
İnvestisiyanın necə cəlb etmək olar?
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?