Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqləndi
Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.
KONKRET.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
"Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarı "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərarla "Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası" təsdiq edilir. Strateji ekoloji qiymətləndirmə – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi