Sülhməramlılar Laçın dəhlizinə alternativ yolda yerləşdirildi
"Rusiyalı sülhməramlılar artıq Laçın dəhlizinə alternativ olan yeni yolda yerləşdirilib".
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Qarabağdakı erməni separatçılarının nümayəndəsi Viktoriya Petrosyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanı Azərbaycan əraziləri ilə birləşdirən yeni yolun bu hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək.
Petrosyan, həmçinin qeyd edib ki, yeni yol dəhlizin əsas hissəsinin tikintisi başa çatana qədər istifadə olunacaq.
"Rusiyalı sülhməramlılar artıq orada yerləşdirilib və yola nəzarət edirlər", – deyə Petrosyan söyləyib.
Xatırladaq ki, Ermənistan mediası Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
IBAN nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Ən çox gəlir gətirən onlayn bizneslər
Green Card nədir və onu necə əldə etmək olar?