"Sumqayıt Texnologiyalar Parkı"nın şirkətlərinə yeni rəhbərlər təyin edildi

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin iki törəmə şirkətinin baş icraçı direktoru dəyişib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, Nazim Məmmədov "STP Polymer" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. O bu vəzifədə Levent Kurukalıpı əvəzləyib.
 Tamerlan Kurkiev isə "STP Global Cable" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. T.Kurkiyev bu vəzifədə Abdurrahman Gungoru əvəzləyib.
N.Məmmədov bundan öncə zavodun kommersiya direktoru idi.
Tamerlan Kurkiev STP-nin baş maliyyə inzibatçısı idi.
Qeyd edək ki, bundan öncə STP-nin daha bir şirkətinin rəhbəri dəyişdirilmişdi. "STP-AH" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Konuralp Yurter vəzifəsindən azad edilərək onu, Selman Celik əvəz etmişdi.
Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir, şirkətin hüquqi adı "STP Polymer" MMC-dir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.
PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir.
Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın "Krauss Maffei", "Unicor", "Krah", Avstriyanın "Battenfield Cincinatti", "Fux", İtaliyanın "Omipa" və Türkiyənin "Mikrosan" şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir.
Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.
Sumqayıt Texnologiyalar  Parkı "SOCAR Polymer"  zavodunun tikintisi üçün 5000 ton metal konstruksiya, qaynar sinkləmə, sendviç panel, müxtəlif növ kabel və digər məhsullarla təchiz edib.
"STP Global Cable" (Kabel Zavodu) – regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında – Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir.
STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir.

Xəbərlər     Tarix: 27 mart 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler kicik biznes rubl mezenne online pul qazanmaq internetden pul qazanmaq