Süni intellekt startapları 2024-cü ilin ikinci rübündə $24 mlrd. cəlb edib
Süni intellektə əsaslanan startaplar 2024-cü ilin ikinci rübündə 24 milyard dollar investisiya cəlb edib, bu barədə "Crunchbase" yazır. Ən böyük sərmayələr arasında İlon Maskın "xAI" startapını (6 milyard dollar) adlandırmaq olar. İkinci yerdə 1 milyard dollar cəlb edən "CoreWeave" bulud xidməti təminatçısı dayanır.
Buna baxmayaraq, "Nyu York Times" fərqli göstəricilər dərc edib: 2024-cü ilin aprelindən iyun ayına qədər investorlar təkcə ABŞ-də süni intellektlə işləyən startaplara 27.1 milyard dollar sərmayə qoyublar.
2021-ci ildə aşağı faiz dərəcələri və Covid-19 pandemiyası fonunda investorlar risk etməyə hazır idilər. 2022-ci ildən seqment tənəzzülə uğramağa başladı: biznesin inkişafı yavaşladı və dərəcələr yüksəldi. İnvestorlar daha təmkinli oldular ki, şirkətlər buna görə layihələri və işçilərini ixtisar etməyə başladılar.
Dönüş nöqtəsi "OpenAI"nin ChatGPT çat-botunu işə salınması olub. NYT-nin məlumatına görə, süni intellekt texnologiyalarının potensialı vençur kapitalı bazarında "inanılmaz həyəcana səbəb olub". İnvestorlar hələ də səhv edə bilərlər, lakin sonda doğru olma şansları onları cəlb edir. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Dropshipping nədir?
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər