Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQSüni intellektlə bağlı diqqətli olmalıyıq.
Bu barədə OpenAI şirkətinin rəhbəri Sem Altman bildirib.
"GPT-4 işçiləri əvəz etmək, dezinformasiya yaymaq və kiberhücumlara şərait yaratmaq potensialına malikdir. GPT-4 müxtəlif peşəkar və akademik meyarlar üzrə insan səviyyəsində çıxış edir. Bu modellərin genişmiqyaslı dezinformasiya üçün istifadə oluna biləcəyindən narahatam", – o deyib.
Altman sahibi olduğu şirkətin süni intellektə "təhlükəsizlik hədləri" təyin etmək üçün çalışdığını söyləyib.
"Məncə, insanlar bundan bir az qorxduğumuz üçün xoşbəxt olmalıdırlar",-  OpenAI-nin baş direktoru bildirib.
Hazırda GPT-4 sınaq mərhələsindədir və məhdud sayda istifadəçilər üçün əlçatandır. İlkin hesabatlara əsasən, GPT-4 adlı süni zəka çatbotu əvvəlki versiyadan daha güclü və təhlükəli hesab olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın OpenAI şirkəti GPT-4 adlı süni zəka çatbotunu təqdim edib. Şirkət bildirib ki, onun ən son texnologiyası "multimodal"dır, yəni qeyd olunan çatbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun yarada bilir. Tərtibatçıların sözlərinə görə, GPT-4 müxtəlif peşəkar və akademik sınaqlarda insan səviyyəsinə çatmaq imkanına malikdir.
GPT-4-ün sələfi ilə müqayisədə qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur. Şirkət modelin təkmilləşdirilməsinə altı ay sərf edib. Buna baxmayaraq, OpenAI şirkəti GPT-4-ün mükəmməl olmadığını açıqlayıb. Çatbot testlərin birində Elvis Preslini "aktyorun oğlu" adlandırıb. GPT-4 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir.
Mətbuatda yayılan məlumata görə, şirkətin bundan əvvəlki GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər. / banker.az

Xəbərlər     Tarix: 20 mart 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler kicik biznes rubl mezenne online pul qazanmaq internetden pul qazanmaq