Taghiyev Operating Company-nin baş meneceri təyin edilib
Nadir Əfəndiyev 1 may 2023-cü il taixindən etibarən Əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində "Taghiyev Operating Company" MMC-nin Baş meneceri vəzifəsinə təyin
edilir.
Bu barədə Banker.az-a GL LTD şirkətindən məlumat verilir.
Nadir Əfəndiyev neft-qaz sənayesində 20 illik təcrübəyə malik olan bir peşəkardır. O, 18 il BP Azərbaycan şirkətində çalışmış və Hasilat üzrə supervayzer, Dənizdə əməliyyatlar üzrə mühəndis, Əməliyyatlar üzrə qrup rəhbəri, Layihə əməliyyatları üzrə qrup rəhbəri və Əməliyyatlar üzrə quraşdırma meneceri kimi müxtəlif texniki və rəhbər vəzifələri tutmuşdur. Nadir, Birləşmiş Krallıqda beynəlxalq təcrübə qazanmış və Əməliyyatların hazırlıq prosesində iştirak etmişdir.
Nadir Əfəndiyev eyni zamanda layihə idarə olunması üzrə geniş təcrübəyə malikdir və "BP"-nin nəzdində dənizdə Şahdəniz Qaz Layihəsi və neft yataqlarında Qazlift kimi çoxsaylı önəmli layihələrdə iştirak etmişdir.
Son 4 il ərzində o, dəniz platformalarında Əməliyyat qurğuları üzrə menecer vəzifəsini yerinə yetirmişdir. Sonuncu vəzifəsində, o, "BP"-nin qurğuları arasında və Xəzər dənizində ən mürəkkəb platforma hesab dilən Mərkəzi Azəri platformasında Əməliyyat qurğuları üzrə menecer vəzifəsində çalışmışdır.
Nadir Əfəndiyev Dövlət Neft Akademiyasının Qazma və Kəşfiyyat fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Freelance" nədir?
"iPhone 15" modelinin üstünlükləri
Az pulla hansı işi qurmaq olar?
Evdə biznes qurmağın yolları
Dropshipping nədir?