Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək

Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcəkAzərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna ölkənin cari əməliyyatlar hesabının profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ilin sonuna qeyri-neft ÜDM-inin artımı 2,4%, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard ABŞ dolları səviyyəsində gözlənilir.
Taleh Kazımov bildirib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir və ortamüddətli dövrdə də bu diapazonda qalacağı gözlənilir.
Taleh Kazımovun sözlərinə görə, geosiyasi gərginlik, qlobal ticarətin fraqmentasiyası, əmtəə bazarlarındakı volatillik və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatların həssaslığını artırır. Belə şəraitdə mərkəzi bankların daha çevik və məlumatlara əsaslanan siyasət yürütməsi zəruridir.
Taleh Kazımov vurğulayıb ki, uzunmüddətli dayanıqlı iqtisadi artım üçün güclü beynəlxalq tərəfdaşlıq getdikcə daha böyük əhəmiyyət daşıyır. Azərbaycanın prioritetlərindən biri infrastrukturun, sənayenin inkişafının və regional layihələrin maliyyələşdirilməsinə beynəlxalq kapitalın cəlb edilməsidir.
Taleh Kazımov əlavə edib ki, Orta Dəhliz üzərində strateji nəqliyyat və logistika mövqeyinə malik Azərbaycan iqtisadiyyatın daha geniş şaxələndirilməsi baxımından xarici investisiyaların cəlb edilməsinə xüsusi əhəmiyyət verir. / banker.az

Banklar     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler dollarin kursu bu gun avtomobil xeberleri biznes qurmaq biznes ideyalari