TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya tədarük edilən qazın həcmi 22 mlrd. kubmetrə çatıb
Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ və SOCAR-ın iş birliyi, təkcə iki şirkət tərəfindən yaradılan müəssisənin işi ilə məhdudlaşmır, daha geniş sahəni əhatə edir.
Bunu "SOCAR Türkiyə"nin Baş İcraçı Direktoru Elçin İbadov bildirib.
"Bu əməkdaşlıq təkcə təbii qazın tranziti ilə bağlı deyil, biz birlikdə təbii qaz infrastrukturu sərmayələri baxımından nələr edilə biləcəyini daim düşünürük. Hazırda SOCAR və BOTAŞ-ın rəhbərliyi, Türkiyə Respublikasının dövlət rəhbərləri və Azərbaycanın dövlət xadimləri arasında görüləcək işlərin həcmi ilə bağlı müzakirələr davam edir", – Baş İcraçı Direktor qeyd edib.
Onun sözlərinə görə, 2023-cü il üçün Trans-Anadolu kəməri (TANAP) vasitəsilə Türkiyəyə daxil olan qazın həcmi təxminən 21 mlrd. kubmetrə çatıb.
TANAP-ın Türkiyənin enerji dəhlizinə çevrilmə hədəflərinə ən çox töhfə verən layihələrdən biri olduğunu deyən İbadov gələcəkdə TANAP-ın genişləndirilməsi və Türkiyə üzərindən daha çox təbii qazın Avropaya nəqli istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb.
Elçin İbadov onu da əlavə edib ki, 2023-cü il üçün Türkiyə üzərindən Avropaya tədarük edilən qazın həcmi 22 mlrd. kubmetrə çatıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?