Tarixin ən bahalı serialına dünyanın ən varlı adamından irad - FOTO/VİDEO
Tarixin ən bahalı serialına dünyanın ən varlı adamından irad - FOTO/VİDEO
"Tesla" və "SpaceX"in qurucusu İlon Mask öz "Twitter" hesabında "Üzüklərin hökmdarı: Qüdrət üzükləri" ("The Lord of the Rings: The Rings of Power") seriyasının qəhrəmanlarını tənqid edib.
Biznesmen serialın, demək olar ki, bütün kişi obrazlarını cahil adlandırıb.
"(Yazıçı Con) Tolkin məzarında çevrilir. Demək olar ki, hər bir kişi xarakteri qorxaq, əclaf və ya hər ikisidir. Yalnız Qaladriel cəsur, ağıllı və şirindir", - deyə o yazıb.
Xatırladaq ki, "Üzüklərin hökmdarı: Qüdrət üzükləri"nin premyerası sentyabrın 2-də baş tutub. Layihə "Amazon Prime Video"nun eksklüzivi olub. Təqdimata "Amazon"un qurucusu Ceff Bezos sevgilisi Loren Sançeslə qatılıb.
Qeyd edək ki, bu il İlon Mask ilk dəfə "Forbes"un dünyanın ən varlı adamları siyahısına başçılıq edib: Reytinqdə Ceff Bezosun yerini alan milyarderin sərvəti 68 milyard dollar artaraq 219 milyard dollara çatıb. Siyahının ikinci pilləsinə düşən "Amazon"un qurucusunun varidatı isə 6 milyard dollar azalaraq 171 milyard dollara düşüb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?