TƏBİB azyaşlı uşaqla bağlı yayılan xəbərə münasibət bildirdi - FOTO
Sentyabrın 14-də Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına 10.02.2020-ci il təvəllüdlü azyaşlı sağtərəfli bronxopnevmoniya diaqnozu ilə körpələr evindən daxil olub.
azxeber.com APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən azyaşlının müayinəsi aparıldığı və müvafiq müalicələrə başlanıldığı bildirilib.
Sentyabr ayının əvvəllərində körpənin bədənində səpkilər müşahidə edilib. Bununla bağlı həkim-dermatoveneroloq körpəni müayinə edib.
Azyaşlıda qoturluq inkar edilib və allergik dermatit diaqnozu qoyulub. Mütəxəssis tərəfindən təyin edilən müvafiq müalicəyə başlanılıb.
Hazırda körpənin vəziyyəti kafidir. Sağtərəfli bronxopnevmoniya artıq müalicələr sayəsində keçib. Körpənin temperaturu yoxdur, aktivdir.
Yayılan məlumatlarla bağlı TƏBİB-in rəhbərliyinin qərarı ilə tibb müəssisəsində monitorinq keçirilərək ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Məlumat üçün bildirək ki, Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası uzun illərdir ki, valideynləri tərəfindən imtina edilən uşaqlara xidmət göstərir. Körpələr evinə yeni yerləşdirilən uşaqlar ilk olaraq müayinə üçün xəstəxanaya göndərilir. Xəstəxanada körpələr mütəxəssislər tərəfindən müayinə edilir. Müalicəyə ehtiyacı olan körpələr nəzarətə götürülür və həkim nəzarəti altında onların müalicələrinə başlanılır. Körpələr sağlamlıqlarına qovuşduqdan sonra yenidən körpə evlərinə göndərilir.
Həmçinin körpələr evlərində xəstələnən uşaqlar da müayinə və müalicə üçün adıçəkilən tibb müəssisəsinə göndərilir. Onların müayinə və müalicələri də həkim nəzarəti altında baş tutur.
Hazırda Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında körpələr evindən gətirilən 8 nəfər müalicələri alır. Tibb müəssisəsinin müxtəlif şöbələrinə yerləşdirilən körpələrin hər birinə individiual olaraq xüsusi xidmət göstərilir.
Xəstəxanada kifayət qədər körpələrin müalicəsi üçün istifadə edilən dərman vasitələri var. Həmçinin uşaq qidaları, uşaq bezləri ilə də xəstəxana tam təmin olunub.
Məlumat üçün bildirək ki, tibb müəssisəsinə 2021-ci ildə körpələr evindən 101, 2022-ci ildə isə 78 müraciət daxil olub.


Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət