TƏBİB-də çalışmaq istəyənlərin nəzərinə - İş yerlərinin SİYAHISI

TƏBİB-də çalışmaq istəyənlərin nəzərinə - İş yerlərinin SİYAHISI"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edir.
Bu barədə azxeber.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Birliyin tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Elektron poçtun "mövzu" bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, anketin müvafiq bölməsində qeyd etməlidir.
1. Ailə həkimi-pediatr - Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX);
2. Ailə həkimi-terapevt - Cəlilabad RMX;
3. Həkim-allerqoloq - Şəki RMX;
4. Həkim-anestezioloq-reanimatoloq - Quba RMX, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (ŞMX), Gəncə Şəhər Birləşmiş Xəstəxanası (ŞBX), Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
5. Həkim-dermatoveneroloq - Gəncə BŞX, Göyçay RMX, Cəlilabad RMX;
6. Həkim-endokrinoloq - Gəncə ŞBX, Cəlilabad RMX;
7. Həkim-fizioterapevt - Şamaxı RMX, Göyçay RMX, Lənkəran RMX;
8. Həkim-ftiziatr - Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Şəki RMX;
9. Həkim-hematoloq - Lənkəran RMX, Şəki RMX;
10. Həkim-infeksionist - Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
11. Həkim-kardioloq - Şəki RMX, Mingəçevir ŞMX, Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Lənkəran RMX;
12. Həkim-mama-ginekoloq - Şəmkir RMX, Quba RMX, Gəncə ŞBX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
13. Həkim-nefroloq - Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
14. Həkim-neonatoloq - Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
15. Həkim-nevroloq - Gəncə ŞBX, Göyçay RMX, Quba RMX, Şəki RMX;
16. Həkim-neyrocərrah - Gəncə ŞBX, Şirvan ŞMX, Göyçay RMX, Quba RMX;
17. Həkim-oftalmoloq - Şəmkir RMX, Gəncə ŞBX, Şamaxı RMX, Göyçay RMX, Quba RMX;
18. Həkim-onkoloq - Göyçay RMX, Lənkəran RMX;
19. Həkim-otorinolarinqoloq - Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
20. Həkim-pediatr - Şamaxı RMX, Lənkəran RMX, Şəki RMX;
21. Həkim-psixiatr - Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
22. Həkim-qastroenteroloq - Cəlilabad RMX;
23. Həkim-radioloq - Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Quba RMX;
24. Həkim-rentgenoloq - Göyçay RMX;
25. Həkim-revmatoloq - Lənkəran RMX, Şəki RMX;
26. Həkim-terapevt - Şamaxı RMX, Göyçay RMX;
27. Həkim-travmatoloq-ortoped - Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
28. Həkim-ümumi cərrah - Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Şəki RMX;
29. Həkim-ürək-damar cərrahı - Göyçay RMX;
30. Həkim-uroloq - Şəmkir RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Quba RMX;
31. Həkim-uşaq cərrahı - Göyçay RMX, Quba RMX, Şəki RMX;
32. Həkim-üz-çənə cərrahı - Göyçay RMX;
33. Şüa diaqnostikası üzrə həkim - Şirvan ŞMX, Cəlilabad RMX, Şəki RMX;
34. Təcili yardım həkimi - Şamaxı RMX, Cəlilabad RMX.
Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
- şəxsiyyətini təsdiq edən sənəd;
- əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
- əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
- xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
- seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Qeyd edək ki, sənəd qəbulu 31 avqust 2022-ci il günün sonunadək davam edəcəkdir.

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler investisiya valyuta xeberleri pul qazanmaq bitkoin almaq