TƏBİB-dən metro və avtobusda maska taxmaqla bağlı AÇIQLAMA
Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazıda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir.
Belə olan halda hansı qabaqlayıcı addımlar atılmalıdır?
azxeber.com xəbər verir ki, bu barədə Modern.az-a danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyevin bildirdiyinə görə, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır.
Tanınmış həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar.
Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib.
Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:
"Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət