Təbii qazın kəsildiyi Avropada kömür istehlakı artır

Təbii qazın kəsildiyi Avropada kömür istehlakı artırAvropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların əhəmiyyətli bir hissəsi enerji sektorunu hədəfə alıb. Bu çərçivədə Rusiyadan Avropaya dəniz yolu ilə neft idxalına qoyulan qadağanın ilin sonuna kimi qüvvəyə minməsi planlaşdırılır. Digər tərəfdən, sanksiyalar Rusiyadan kömür və digər bərk qalıq yanacaqların alınmasını da əhatə edir. Aİ-nin kömürə qoyduğu sanksiyaların avqustun 10-da qüvvəyə minəcəyi gözlənilir.
KONKRET.az xarici mdiaya istinadən xəbər verir ki, kömür idxalının böyük hissəsini Rusiyadan həyata keçirən Aİ ölkələri qadağa başlamazdan əvvəl lazımi tədbirləri görməyə çalışır.
Avropa Statistika İdarəsinin son məlumatlarına görə, Avropa İttifaqı ölkələri daş kömür idxalının 55,6 faizini Rusiyadan həyata keçirir. Rusiyanı 17,2 faizlə ABŞ, 15,3 faizlə Avstraliya izləyir.
Aİ-nin Rusiyadan elektrik və istilik enerjisi üçün istifadə etdiyi termal kömür idxalı 70 faiz səviyyəsindədir. Dəmir və polad istehsalında istifadə edilən metallurgiya kömüründə Rusiyadan asılılıq 30 faiz olaraq hesablanır.
Avropanın dominant iqtisadiyyatları olan Almaniya və Polşanın Rusiya termal kömüründən çox asılı olması diqqət çəkir.
Almaniyanın Rusiyadan istilik və metallurgiya kömürü idxalı 14,3 milyon ton, Polşanınkı isə 9,5 milyon tondur. Almaniya termal kömür idxalının 67 faizini, Polşa isə 80,7 faizini Rusiyadan həyata keçirir.
AB iqlim dəyişikliyi ilə mübarizə məqsədləri çərçivəsində son illərdə kömürdən elektrik enerjisi istehsalını azaltmağa çalışsa da, keçən il epidemiyadan sonra artan tələbat  bu vəziyyəti dəyişib.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, ötən il 6 faiz artan qlobal kömür istehlakı bu il 0,7 faiz artaraq 8 milyard tona çatacaq. Beləliklə, dünyada kömür istehlakı son 10 ilin ən yüksək səviyyəsinə çatacaq.
Rusiyanın "Şimal axını"ndan qaz axınını 20 faizə endirməsindən sonra hərəkətə keçən Almaniya qışa hazırlıq məqsədilə ümumilikdə 21 kömür zavodunu yenidən açmaq qərarına gəlib.
Hollandiyada kömür stansiyalarının 2024-cü ilə qədər maksimum 35 faiz gücündə işləməsini tələb edən qanunlarını ləğv etdi.
Fransa və İtaliya da köhnə istilik elektrik stansiyalarını açmaq üçün planlar və hazırlıqlar görürlər.
Kömürə tələbatın artması bu məhsulun qiymətinə təsirsiz ötüşmür.
Ötən ilin bu dövründə 110 avro civarında olan kömürün ton qiyməti hazırda 350 avro civarında satılır. Qeyd edək ki, 2020-ci ilin eyni dövründə kömür qiymətləri 40 avro səviyyəsində idi. Kömürün qiyməti ötən illə müqayisədə 2 dəfədən çox, 2 il əvvəllə müqayisədə isə 8 dəfə artıb.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler investisiya valyuta xeberleri pul qazanmaq bitkoin almaq