"Technest" Təqaüd Proqramı yeni qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "Technest" Təqaüd Proqramı ölkə üzrə yeni qeydiyyat dalğasını elan edir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır. Bununla yanaşı, bu tədris dalğasında 2 yeni beynəlxalq tərəfdaşlıq nəzərdə tutulub. 
Qeyd edək ki, "Technest" Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. "Technest"ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar:
Son qeydiyyat tarixi  7 aprel 2024-cü ildir. 
Qeyd edək ki, bu tədris dalğası çərçivəsində "Technest" Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə ilə təmin olunacaq.
Bununla yanaşı, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və  internat evlərindən şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb olunacaq. 
Xatırladaq ki "Technest" Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. "Technest" üzə 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4006 nəfərə təqaüd ayrılıb.  2024 –cü ildə 5000 nəfərə təqaüd verilməsi hədəflənir. Bununla yanaşı,  proqram çərçivəsində ötən dalğada 29 region üzrə 1300 nəfərdən çox şəxsə  təqaüd verilib.  Əlavə olaraq, "Technest" təqaüd proqramı çərçivəsində 2 tərəfdaşla birlikdə ümumi olaraq 40 nəfərin xaricdə təhsil istiqamətində hazırlıqları həyata keçirilir. Məktəbliləri istisna etməklə "Technest" məzunların məşğulluq səviyyəsi hazırda 90%-dən yuxarıdır. / marja.az

Maraqlı     Tarix: 07 mart 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin