Tehranda qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Tehranda qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHIAzərbaycan əhalisi arasında inflyasiya ilə əlaqədar olan qiymət artımından məmnunluq yoxdur.
KONKRET.az bu səbəbdən qonşu ölkələrin paytaxtlarındakı tariflərlə maraqlanır və əldə olunan informasiyanı oxuculara təqdim edir. Bu dəfəki bazarlıq səbəti Tehrandakı qiymətlərə uyğunlaşdırılıb. Söhbət 2022-ci ildə İran paytaxtındakı tariflərdən gedir.
Restoranlar
1 nəfərlik bahalı olmayan nahar 6-8 AZN
2 nəfərlik (qeyri-leqal alkoqollu) şam yeməyi 21-30 AZN
McDonalds-da Big Mac menyu 6-8 AZN
Kapuçino 4 AZN
0.5 mineral su 0.33 AZN
Alkoqolsuz pivə 0.9 AZN
Nəqliyyat və yanacaq
Taksi ilə səyahət orta hesablama ilə 1-3 AZN
İctimai nəqliyyat 0.3 AZN
Benzinin litri 0.4 AZN
Ümumi qiymətlər (ərzaq və s.)
Südün litri 1.15 AZN
400qr ağ çörək 0.7 AZN
Düyünün kilosu 5.48 AZN
Toyuğun döş ətinin kilosu 5.64 AZN
Yerli pendirin kilosu 6.58 AZN
Qırmızı və sümüksüz ətin kilosu 19 AZN
Yaşıl almanın kilosi 1.84 AZN
1kq banan 2.25 AZN
1kq apelsin 1.84 AZN
1kq kartof 0.96 AZN
1kq soğan 0.95 AZN
1,5litr su 0.60 AZN
Spirtsiz çaxır 5.40 AZN
Marlbro 3-4 AZN
Toyoto Corolla 70 min AZN
85 kvadrat metr mənzilin aylıq kommunal xərcləri 48.42 AZN
Aylıq sürətli internet 53.73 AZN
Özəl uşaq bağçasının aylıq ödənişi 235 AZN
Beynəlxalq məktəbin illik ödənişi 4600 AZN
Avropa-ABŞ istehsalı paltarlar (levis, mango, mexx, nike) 76-186 AZN civarındadır
Tehranın mərkəzində mənzillər kvadratı 3 min manatdan satılır
Mərkəzdən kənar mənzillərin kvadrat metri 1700 AZN-dən başlayır
20 illik ipoteka faizləri 19.38-dir.
Orta aylıq əmək haqqı 790 AZN
Sonda bəzi məqamları aydınlaşdıraq ki, İranda yalnız yanacağın qiyməti ucuzdur. Maaş isə azdır. Yoxsa camaat hicabı bəhanə edib yeyintilərini zəkatla pərdələməyə çalışan molla rejimini devirmək istəməzdi. İkinci məsələ ondan ibarətdir ki, bəli, İrandan Azərbaycana Bakıdakı dükanlardan iki dəfə ucuz olan məhsullar gətirilir. Konserv kimi oxşar məhsullardan mən də yararlanıram. Lakin həmin malların istehsal və satış mənbəyi Tehran deyil. Ona görə də "İranda ucuzluqdur" deyimi islam respublikasının paytaxtına aid deyil. İslamda sələmin haram sayıldığı üçün İranın faizsiz kreditlər verməsi fars ayətullahların teleportasiya etməkləri, qanad açıb mələk kimi uçmaqları qədər inandırıcıdır. Yəni…söhbəti tutdunuz da!
Anar Rəhimov,
KONKRET.az

Xəbərlər     Tarix: 07 noyabr 2022

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler valyuta mezennesi biznes xeberleri valyuta xeberleri dollarin kursu bu gun