Telefon markası PC bazarına daxil olur: Motorola Hindistanda ilk noutbukunu təqdim edir
Qatlana bilən, orta seqment smartfon modelləri ilə tanınan və smartfon bazarında Lenovo-nun tərkibində fəaliyyətini davam etdirən Motorola, Hindistanda ilk noutbuk modelini rəsmi olaraq elan edib.
Marja xəbər verir ki, Hindistanın qabaqcıl e-ticarət platforması Flipkart-da paylaşılan tanıtım təsvirində cihazın "tezliklə" satışa çıxarılacağı bildirilir, texniki xüsusiyyətlər, qiymət və dizayn kimi detallar isə hələlik açıqlanmır.
Paylaşılan təsvirdə Motorola loqosu və "Noutbukların cəsur yeni dünyası. Tezliklə təqdim olunur" ifadələri yer alıb.
Motorola yeni bazarda rəqabətə girir
Motorolanın kompüter bazarına daxil olması ilıə, uzun müddətdir bu sahədə fəaliyyət göstərən ASUS, Acer, Dell kimi köklü brendlərlə rəqabət aparacaq. Marka indiyə qədər Hindistan bazarında orta seqment telefon modelləri ilə tanınsa da, bu yeni addımla məhsul çeşidini artırmağı hədəfləyir.
Yeni smartfon modelləri də gündəmdədir
Motorola yalnız kompüter seqmentinə diqqət yetirmir; O, həmçinin yeni nəsil smartfon modelləri üzərində işləməyə davam edir. Motorola Razr 60 və Razr 60 Ultra modellərinin bütün dizayn təfərrüatları üzə çıxıb. Bundan əlavə, Edge 60 və Edge 60 Pro modelləri Çinin TENAA verilənlər bazasında siyahıya alınıb və bunun sayəsində cihazların texniki xüsusiyyətləri və dizaynları məlum olub.
/ marja.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Freelance" nədir?
Elon Musk kimdir?
ƏDV geri al və onun üstünlükləri