"Telegram" kriptovalyuta ödənişlərini işə salıb
"Telegram" messencerində kriptovalyuta ödənişlərini qəbul etməyə imkan verən "Wallet Pay" aləti işə düşüb. Xidmət Bitcoin, Toncoin (TON) və Tether USD (USDT) kriptovalyutalarını qəbul edir, alət "Telegram" botlarına və xidmətlərinə inteqrasiya olunub.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kriptovalyutalarla ödənişlərin qəbulu dünyanın əksər ölkələrində mövcuddur, istisna ABŞ və Çirkli Pulların Yuyulması üzrə İşçi Qrupun (FATF) qara siyahısına düşən ölkələrdir: İran, Myanma və Şimali Koreya. Funksiya Rusiya, İndoneziya, Vyetnam, Misir və digər ölkələrdə də işləyir. Qeyd edək ki, burada mal və xidmətlərə görə ödəniş etmək üçün kriptovalyutalardan istifadə qanuni olaraq qadağandır.
2018-ci ildə "Telegram"da TON blokçeyni istifadəyə verilib, lakin 2020-ci ildə platformada öz kriptovalyutasının tətbiqindən imtina etmək qərara alınıb. Mart ayında "Wallet" botu USDT steyblkoinini dəstəkləməyə başlayıb.
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14