Təyyarədə qəza zamanı sağ qalmağın incə qaydası: "Təhlükəsiz quyruq" ölümdən xilas edir? - FOTO
Təyyarədə qəza zamanı sağ qalmağın incə qaydası: "Təhlükəsiz quyruq" ölümdən xilas edir? - FOTO
Təyyarədə ən az dinamik yükə məruz qalan yerlərdə oturan insanın qəza baş verəcəyi təqdirdə sağ qalma şansı çoxdur.
Bu barədə rusiyalı aviasiya mühəndisi, konstruktor Viktor Pryadka danışıb.
Mütəxəssis təyyarə salonunun quyruq hissəsində yerləşən oturacaqlar üçün aviabilet almağı tövsiyə edir. Onun sözlərinə görə, qəzalı eniş zamanı və ya uçuşda fövqəladə vəziyyət yaranarsa, təyyarənin məhz bu hissəsi ən az dinamik yükə məruz qalır.
Mühəndis qeyd edib ki, təyyarə ensiz gövdəyə malikdirsə, quyruq hissəsi uçuşlar üçün ən təhlükəsiz yer sayılır.
"Şərti olaraq hesab etmək olar ki, dar gövdəli təyyarənin quyruğunda oturmaq daha təhlükəsizdir. Orada sonuncu sırada oturacaqların düzülüşü 3+3, ya 3+2, yaxud da 2+2-dir", - deyə mütəxəssis bildirib.
Ancaq o, bu şansın enli gövdəli təyyarələrə aid olmadığını vurğulayıb. O, 3+4+3 oturacaq quraşdırılan füzelyajın diametrinin daha böyük olduğu üçün strukturunun daha tez dağıla biləcəyini deyib.
"Buna görə də belə təyyarədə fəlakət zamanı sağ qalma ehtimalı azalır", - deyə Pryadka sözlərini yekunlaşdırıb.
Mənbə: mir24.tv
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad