Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik

Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildikAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarelanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European Houze – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə beyin mərkəzi tərəfindən təşkil edilən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqəmsal strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirak edib. 
Hər il keçirilən bu forumda adətən Avropanın Dövlət və hökumət başçıları, eyni zamanda biznes elitası iştirak edir. Bu il İtaliyanın Çernobbio şəhərində keçirilən forumda dünya və Avropanın geosiyasi, geoiqtisadi məsələləri müzakirə olunub, eyni zamanda Avropanın iqtisadi inkişafının perspektivləri, təhlükəsizlik, rəqəmsal inkişaf və sair kimi mövzulara toxunulub.
Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev İtaliyada dəfələrlə işgüzar səfərdə olub. Sonuncu dəfə Azərbaycan Prezidenti İtaliyada 2020-ci ildə dövlət səfərində olanda İtaliya Prezidenti və Baş nazirlə görüşüb, ölkələr arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı bir çox məsələlər müzakirə olunub və Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd  imzalanıb. Ondan iki il əvvəl isə İtaliya Prezidenti Mattarella Azərbaycanda rəsmi səfərdə olub.
İki ölkə arasında yalnız enerji və iqtisadi inkişaf deyil, eyni zamanda təhsillə bağlı da danışıqlar olub. Bu sahədə də Azərbaycan İtaliya ilə geniş əməkdaşlıq edir. Misal üçün onu qeyd etmək olar ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universiti ilə tərəfdaşlıq edir. Forumdan bir gün əvvəl isə İtaliyada Bakı şəhərində yaradılan Azərbaycan-İtaliya Universitetinin yaradılması ilə bağlı Azərbaycanın Romadakı səfirliyinin binasında yüksək səviyyədə mərasim keçirilib.
Forumun plenar iclasında isə Azərbaycan Respublikasının Prezidenti "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib: "Bizim enerji starategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük.
Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq."
Azərbaycan qaz ehtiyatları ilə zəngindir. Azərbaycanda qaz quruda və dənizdə istehsal  edilir. Burada mövcud ehtiyatlardan səmərəli istifadə edərək neft-qaz yataqlarının istismarı gücləndirilmişdir. Bu gün Azərbaycan böyük – 3500 kilometr uzunluğunda olan Cənub  Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi  Trans Anadolu (TANAP) boru kəməri və Trans – Adriatik (TAP) boru kəmərləri sistemidir, TAP boru kəməri isə İtaliyaya dək uzanır. Cənub Qaz Dəhlizi vasitəsi ilə ilyarım vaxt ərzində Avropaya 13.5 milyard kubmetr qaz nəql edilib ki, onun 11.7 milyard kubmetri İtaliyayanın payına düşüb.
 Azərbaycan bu gün Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırıb. Rusiya-Ukrayna müharibəsi başlayandan isə qaz ixracının artırılması ilə bağlı 10-dan artıq ölkə Azərbaycana müraciət edib. Avropa ilə Azərbaycan arasında rəsmi dialoqa start verilib. Yalnız qaz deyil eyni zamanda enerji bazarının digər seqmentləri, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səüdiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digərləri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən su enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların gücü 700 meqavatdan çoxdur. Bu bizə ixrac üçün əlavə qaz tədarük etməyə  kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək".
Şəhla Ağbulud

Xəbərlər     Tarix: 06 sentyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin kripto online pul qazanmaq