The Times: "Böyük Britaniyada minlərlə aptek bağlana bilər"
Yüksək inflyasiya və maliyyə çatışmazlığı Britaniyada növbəti iki il ərzində minlərlə aptekin bağlanmasına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "The Times" qəzeti London İqtisadiyyat Məktəbinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Bildirilir ki, 2018-ci ildən Böyük Britaniya əhalisinin 85%-nin yaşadığı ərazilərdə 600-ə yaxın pərakəndə aptek (ümumi apteklərin 5%-i) bağlanıb. Mövcud iqtisadi böhran fonunda bir sıra apteklər müəyyən xidmət növlərindən, xüsusən də dərmanların evə çatdırılmasından artıq imtina ediblər.
Böyük Britaniyanın baş nazirinin müavini və səhiyyə naziri Terese Koffi qeyd edib ki, hakimiyyət apteklərə bir sıra dərmanları özləri təyin etmə səlahiyyətləri vermək niyyətindədir.
Rəsmi məlumatlara görə, avqustda krallıqda inflyasiya illik müqayisədə 9,9% təşkil edib. İngiltərə Bankının son hesablamalarına görə, payızda ölkədə inflyasiya 11%-ə çata bilər.
İqbal Rzayev,
KONKRET.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml