"TikTok"la bağlı sorğu keçirilib, 74.9% məhdudiyyət tətbiqini istəyib

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin məlumatında deyilir.

Qeyd edilir ki, STM tərəfindən ölkə üzrə gənclər arasında keçirilmiş sorğular da "TikTok"un ən çox istifadə edilən üç platformadan biri olduğunu aşkar edib.
Bununla belə, dünyada bir milyarddan çox istifadəçiyə malik bu sosial media platformasının təhlükəsizlik riskləri və digər səbəblərdən bir sıra ölkələrdə məhdudlaşdırılma tendensiyası müşahidə olunur.
Azərbaycanda da gənclərin, yeniyetmələrin formalaşmasına mənfi təsir edən video kontentlərin paylaşılması, etik prinsiplərin və milli dəyərlərin gözlənilməməsi səbəbindən sözügedən media platformasına məhdudiyyətlərin tətbiqi vaxtaşırı ictimai gündəm yaradıb. Buradan irəli gələrək, STM tərəfindən keçirilən sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənilib. Sorğunun nəticələrinə əsasən, 74.9% "TikTok" sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21.2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3.9% fikir bildirməkdə çətinlik çəkib.
Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib.
Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
/ banker.az

Xəbərlər     Tarix: 25 aprel 2024

Oxşar xəbərlər

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!

Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bi


iqtisadi xeberler bitkoin almaq birbank avtomobil xeberleri bitkoin