Toğrul Qulubəyli: "Hədəfimiz inkişaf konsepsiyası çərçivəsində bazar sektorlarının birində liderliyə nail olmaqdır"
"RosAzerMaş" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Togrul Qulubəyli cəmiyyətin növbəti 5 illiklə bağlı inkişaf konsepsiyasını açıqlayıb.
T.Qulubəyli FED.az xəbər portalına bildirib ki, "RosAzerMaş" QSC-nin strategiyası hazırlanarkən mövcud fəaliyyət istiqamətləri və gələcəkdə icra ediləcək işlər başlanğıc nöqtəsi kimi qəbul edilib. Bunlar Yeni fəaliyyət sahələrinin inkişafı; Məqsədli marketinq fəaliyyətinin inkişafı; Yeni fəaliyyətlərə başlamaq üçün vaxtın azaldılması; Rəqabət üstünlüyünün əsası Azərbaycanda mövcud vəziyyətdə təqdim olunmayan məhsul və xidmətlərin bazara çıxarılması olmalıdır.
Sədr qeyd edib ki, inkişaf strategiyasını hazırlamaq üçün Səhmdar Cəmiyyətin fəaliyyətinin diaqnostikası aparılıb: "Diaqnostikaya əsasən, belə qənaətə gəlinib ki, Cəmiyyətin əsas vəzifəsi onun işçilərinin daha geniş spekterinin inkişaf prosesinə daxil edilməsinə imkan verəcək fəaliyyət növlərini tapmaqdır. Bu konteksdəki iş prosesi, sifarişlərin cəlb edilməsinə müəsisənin işçilərinin daha geniş dairəsinin cəlb edilməli olduğu şəraitin yaradılmasının zəruriliyi konsepsiyasını ehtiva edir".
T.Qulubəylinin fikrincə, burada hər hansı bir bazar şirkətinin inkişaf strategiyasına uyğun gələn "olmalıdır" sözü yazılmışdır: "Ancaq burada "bacarıq" sözünü əlavə etməliyik, çünki Cəmiyyətin bir çox menecerlərinin bunun üçün lazımi imkanlara sahib olduqları təqdirdə sifarişləri cəlb etməyə hazır olacağına əminlik var".
T.Qulubəyli vurğulayb ki, "RosAzerMaş" QSC-nin əsas hədəfi inkişaf konsepsiyası çərçivəsində bazar sektorlarının birində liderliyə nail olmaqdır.
Qeyd edək ki, Cəmiyyətin inkişaf konsepsiyası haqda ətraflı məlumat rəsmi vebsaytda yerləşdirilmişdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları