Topdansatış yerlərindəki məhsullar marketlərdən 2 dəfəyə yaxın ucuzdur

Topdansatış yerlərindəki məhsullar marketlərdən 2 dəfəyə yaxın ucuzdurTopdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə yaxın ucuz təklif olunur.
FED.az xəbər verir ki, "Xəbər Ertəsi" qiymətləri daha detallı araşdırmaq üçün 28 may metrostansiyasının yaxınlığındakı topdansatış yerində olub.
5 kiloqramlıq yuyucu tozun marketdəki satış qiyməti 29 manat 69 qəpik, topdansatış mərkəzində isə 16 manat, 200 milliqramlıq saç şampunu marketdə 5 manat 60 qəpik, topdansatış mağazasında 3 manat 30 qəpikdir. 750 milliqramlıq qabyuyan maye pərakəndə halda 6 manat 50 qəpiyə satılsa da, topdansatış yerlərində 3 manat 90 qəpiyə təklif edilir.
Araşdırmalarımızdan da məlum olur ki, marketlərlə topdansatış yerləri arasında qeyri-qida məhsullarında 30, 40 faiz, bəzən isə 70 faizə yaxın qiymət fərqi var. Elə topdansatış mağazalarının sahibləri də bunu təsdiqləyirlər.
Mağaza sahibləri deyirlər ki, qida məhsullarında isə qiymət fərqi nisbətən azdır.
Həmçinin vurğuluyurlar ki, tələbat yüksəkdir və məhsul təkcə topdan deyil, pərakəndə də alınır. Bəzən mal çox alındıqda qiymətlərdə endirim də edilir.
Bu məhsullardan başqa meyvə-tərəvəzlər də topdan satılır. Məsələn, marketdə kiloqramı 3 manat 30 qəpik olan banan, topdansatış mərkəzində 1 manat 60 qəpiyə təklif olunur.
Bazarlıq üçün topdansatış mağazalarına üz tutanların bəziləri qiymətlərdə fərq olmadığını, bəziləri isə xeyli ucuz olduğunu bildirirlər.
Vətəndaşların əksəriyyəti keyfiyyətdən razı qaldığını desələr də, bəzi alıcılar etibar etmədikləri üçün topdansatış yerlərindən qida məhsulu almadıqlarını qeyd edirlər.
"Topdansatış yerlərinin sahiblərindən malların bu qədər ucuz olmasının səbəbini də soruşduq. Bildirdilər ki, bunun səbəbi aldıqları məhsulların üzərinə adi marketlərə nisbətən daha az məbləğ qoymalarıdır."
Belə məhsulların keyfiyyətinə gəlincə isə, qida eksperti Məhsəti Hüseynova deyir ki, bəzən topdansatış yerlərində obyektlər kiçik olduğundan qida və qeyri-qida  məhsulları bir yerdə satılır.
Bu da malların həm tərkibini, həm də dadını dəyişə bilər. Bundan başqa soyuducuda saxlanmalı olan məhsulların açıq şəkildə satılması da sağlamlıq üçün ciddi təhlükədir. (Xezerxeber.az)

Biznes     Tarix: 11 may 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler bitkoin qiymeti biznes qurmaq rubl mezenne depozit faizleri