Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOLAR

Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOLARDünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol bu gün Bakıdakı ofisinin açılışını edib.
Erdem İnan: "Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, dövriyyəni isə 3 milyarda çatdıracaq
FED.az xəbər verir ki, bu addım "Trendyol"un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.
"Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddət ərzində əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə olduğu kimi hiss edirik", deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.
Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən Trendyol ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində Trendyol 2 milyona yaxın müştəri qazanıb.
"Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən başlayaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq", deyə Erdem İnan bildirib. "Trendyol olaraq biz Azərbaycanla inkişaf edin elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir", deə Erdem Inan əlavə edib.
Trendyol şirkəti PAŞA Holdinq ilə strateji tərəfdaşlığa imza atıb. "PAŞA Holdinq"in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və "Trendyol"un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.
"Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir.  Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq." deyə "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Paşayev bildirib.
Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün Trendyol müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.
Trendyol müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.
Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan Trendyol, həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə Trendyol bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.

Biznes     Tarix: 10 oktyabr 2024

Oxşar xəbərlər

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu