"Trendyol"dan Azərbaycan istifadəçiləri üçün - YENİLİK
Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol"a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, təklifdə ""Trendyol" siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin" seçimi yer alıb.
Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq karqo şirkətinin deyil, öz ev ünavanı qeyd edərək, məhsulu birbaşa evdə təhvil ala bilər.
Qeyd edək ki, indiyədək "Trendyol"un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.
Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi.
Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də "təslim al" bölməsini seçə bilər.
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Azərbaycanda restoranların dövriyyəsi 8% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
"Sea Breeze" yeni şirkət yaratdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri