Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
Türkiyə 2025-ci ildə Somali sahillərində neft kəşfiyyatına başlamaq niyyətindədir.
Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə NTV telekanalının efirində deyib.
"Biz hesab edirik ki, Somali sahillərində neft ehtiyatları ola bilər. Həmin ərazilərdə seysmik işlər aparırıq, 2025-ci ildə isə dərin dəniz qazmalarına başlamağı planlaşdırırıq", – deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə və Somali bu ilin martında neft və qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb. Fevralda hər isə iki ölkə 10 il müddətinə müdafiə və iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqavilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə müdafiə məqsədilə Somalinin ərazi sularına daxil olmasına, həmçinin dəniz quldurları, qaçaqmalçılar və brakonyerlərlə mübarizəyə icazə verir.
Bundan əlavə, Ankara Somalinin iqtisadi dəniz zonasının istismarından əldə edilən gəlirlərin 30 faizini götürəcək. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd