Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb
Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37.2 % azaldıb, İran və Azərbaycandan isə tədarükü artırıb.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında deyilir.
"2022-ci ilin iyulunda Türkiyəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15.7 % azalaraq, təxminən, 3 milyard 411 milyon kubmetr təşkil edib", – qurum bildirib.
Hesabatda göstərilib ki, iyulda Türkiyə ən çox təbii qazı Rusiyadan alıb – 1 milyard 448 milyon kubmetr: "Sonrakı yerləri İran – 870 milyon kubmetr, Azərbaycan – 710 milyon kubmetr tutur. Amma bu dövrdə Rusiyadan təbii qaz idxalı 37.2 % azalıb, İran və Azərbaycandan isə müvafiq olaraq 37.5 % və 31.5 % artıb". / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml