Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı - AÇIQLANIB
2023-ci ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 151 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət azdır.
"Trendyol" Azərbaycanda - ŞİRKƏT YARADIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat verib.
Qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 152,7 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 74,6 milyon türk lirəsi təşkil edib" -deyə Türkiyə Ticarət və Sənaye Palatasından bildirilib.
Türkiyə Ticarət və Sənaye Palatasından o da qeyd olunub ki, 2023-cü ilin iyul ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (128) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 138,8 milyon türk lirəsi təşkil edib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, 2023-cü ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 79 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?