"Türkiyədə hansı qiymətədirsə, Azərbaycan üçün də eynidir"

Xəbər verirldiyi ki, Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol" mayın 3-dən Azərbaycanda ünvana birbaşa çatdırılma etməyə başlayıb.
"Trendyol" sifarişləri Azərbaycanda evlərə - TƏSLİM ETMƏYƏ BAŞLADI
Hazırda Azərbaycanda "Trendyol"un yeganə daşıma tərəfdaşı "Starex"dir. Son illər isə Azərbaycanda yüzlərlə daşıma şirkətinin yaradılmasına baxmayaraq, "Trendyol"un yalnız bir şirkətlə işləməsi cəmiyyətdə müəyyən suallar yaradır.
Digər şirkətlərin aqibəti necə olacaq?
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "Trendyol"a hansı şirkətlə əməkdaşlıq edəcəyini diqtə etmək mümkün deyil: ""Trendyol" beynəlxalq şirkətdir və yerli tərəfdaşı seçməkdə sərbəstdir. Gələcəkdə yerli tərəfdaşların sayını artıra da bilər. Hazırda isə bütün dünyada daşıma şirkətləri arasında rəqabət güclənir. "Trendyol"un ölkə bazarına girməsi rəqabət baxımından çox önəmlidir. Yerli şirkətlərin rəqabətə dözməsi üçün onlara xüsusi güzəşt mexanizmləri tətbiq olunmalıdır".
Mövzu ilə bağlı "Starex"in də mövqeyini öyrəndik. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov düşünür ki, heç bir haqsız rəqabətdən söhbət gedə bilməz: ""Trendyol qlobal bir şirkətdir və onların daşıma partnyoru seçərkən müəyyən şərtləri, qaydaları var. Bu şərtlərə "Starex" cavab verdiyi üçün "Trendyol" daşıma tərəfdaşı kimi "Starex"i seçib. Gələcəkdə başqa şirkətlər də onların standartlarına cavab verərsə, böyük ehtimalla həmin şirkətlər də "Trendyol"la tərəfdaş olacaq. "Starex"in ömürlük tək tərəfdaş olacağı ilə bağlı xüsusi şərt yoxdur".
P.Əzimov bildirib ki, çatdırılmanın maddi tərəfi ilə bağlı məsələ bir az fərqlidir: "Bu, sizin aldığınız məhsuldan, məhsulun çəkisindən, həcmindən və sayından asılı olaraq dəyişir. Bu gün "Trendyol" çəki və həcm fərqi olmadan 1 markadan alınan mallar üçün vahid daşınma tarifi təklif edir. Bu, hazırda 59,99 TRY-dir (5,22 AZN). Yəni siz 50 qramlıq məhsul alsanız da, 100 kiloluq məhsul alsanız da, daşınma 59.99 TRY-dir. Gələcəkdə bu qiymət dəyişə də bilər. Karqo şirkətləri isə müxtəlif çəki aralıqları üçün fərqli qiymətlər təklif edir. Məsələ  0-100 qram üçün "Starex"də qiymət 0,95 USD-dir (1,61 AZN). Bu məntiqlə az öncə qeyd etdiyim 50 qramlıq məhsul üçün bəlkə də ənənəvi model sərf edə bilər, daha ağır çəkilərdə isə birbaşa sifariş".
Departament rəhbəri əlavə edib ki, "Trendyol" saytında olan bütün məhsulları Azərbaycana birbaşa çatdırma üçün aktivləşdirməyib: "Onların öz daxili siyasətinə görə müəyyən filterlər var. Buna görə də müştərilər bəzi məhsulları hələ də əvvəlki qaydada almağa məcburdur. Gələcəkdə ola bilsin, Azərbaycana birbaşa məhsul çatdırmaq üçün çeşidlər daha da genişlənəcək. Hazırda Azərbaycan üçün xüsusi qiymət yoxdur. Məhsul Türkiyədə hansı qiymətlə satılırsa, Azərbaycan müştəriləri üçün də eyni qiymətlər təklif edilir".

Biznes     Tarix: 05 may 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler bitkoin qiymeti biznes qurmaq rubl mezenne depozit faizleri