Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Türkiyədə baş verən zəlzələdən sonra ilk tanker Ceyhan ixrac neft terminalına qəbul edilib.
İlk tanker İraq nefti ilə yüklənib. Bazar ertəsi baş verən zəlzələdən sonra ilk olan "Vallesina" tankerinə İraq neftini yükləmək üçün Ceyhan ixrac terminalında yanaşmağa icazə verilib.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılmışdı. Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7.7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13.5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları