Türkmənistan yeni neft yataqlarının tapılması üzrə işləri davam etdirəcək
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov yeni neft yataqlarının müəyyənləşdirilməsi üzrə işlərin davam etdirilməsi barədə göstəriş verib.
Göstəriş ölkənin Nazirlər Kabinetinin iclası zamanı verilib.
Məlumata görə, çərşənbə günü (4 yanvar) keçirilən iclasda Serdar Berdiməhəmmədov Nazirlər Kabinetinin sədr müavini Şahım Abdrahmanovun neft-qaz kompleksinin işi ilə bağlı hesabatını dinləyib. Dövlət başçısı ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan yanacaq-energetika kompleksinin potensialının daha da artırılması üçün yeni neft yataqlarının müəyyən edilməsinin və işlənməsinin vacibliyini vurğulayıb. Serdar Berdiməhəmmədov baş nazirin müavininə konkret tapşırıqlar verib.
Şahım Abdrahmanov məruzəsində qeyd edib ki, Türkmənistanın yanacaq-energetika kompleksinin inkişafı neft və qaz yataqlarının sürətləndirilmiş işlənməsi, həmçinin yeni quyuların qazılması hesabına həyata keçirilir və bu, xam neft hasilatının əhəmiyyətli dərəcədə artmasına şərait yaradır. Bununla əlaqədar olaraq, davam edən sənaye layihələrində iştirak etməkdə maraqlı olan iri ixtisaslaşmış şirkətlərin cəlb edilməsi nəzərdə tutulur. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi