TURKOVAC Azərbaycanda da istehsal oluna bilər
TURKOVAC Azərbaycanda da istehsal oluna bilər.
azxeber.com xəbər verir ki, bu barədə trend-in suallarını cavablayarkən Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.
O qeyd edib ki, TURKOVAC-ın sınaqları ilə əlaqəli Azərbaycanla sıx təmasdadırlar.
"Onlayn formatda iclaslarımız keçirilir, məlumat mübadiləsi aparılır. Dünyada pandemiya səngiyib. Virusun yeni növlərinin ortaya çıxmasına baxmayaraq, artıq əvvəlki qədər təsiriedici sayılmır, ölüm sayı azalır. Bu da öz növbəsində vaksinlərin üzərində də müəyyən təsirə malikdir. Biz artıq virusun yeni növləri əsasında müəyyən işlər aparırıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığımıza davam edirik. Protokol əsasında Azərbaycana 1200 doza TURKOVAC vaksini göndərilib. Ehtiyac yaranarsa, əlavə dozalar da göndərə bilərik. Tələb olarsa, TURKOVAC Azərbaycanda da istehsal oluna bilər", – deyə E. Akdoğan bildirib.
Qeyd edək ki, Azərbaycanda TURKOVAC-ın 3-cü faza klinik sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Sınaqlar 15 ay ərzində davam edəcək.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət