Uill Smitin evində "hörümçək ovu əməliyyatı" - VİDEO

Uill Smitin evində Uill Smitin evində "hörümçək ovu əməliyyatı" - VİDEO
Hollivud ulduzu Uill Smit "Oskar" qalmaqalından sonra sosial şəbəkədə ilk paylaşımını edib. Belə ki, o, evində həyata keçirdiyi "hörümçək ovu əməliyyatı"nın videosunu özünün "Instagram" hesabında yerləşdirib.
Kadrlarda 53 yaşlı amerikalı aktyorun iri tarantuldan qorxaraq divana çıxdığı görünür. O, böyük oğlu Treyə həşəratın tutulmasını həvalə edir və "cəsarətləndirdiyi" eşidilir.
"Lənətə gəlsin... Bu, nəhəng hörümçəkdir! Gəl görək, sən gənc və güclüsən, sancmasının öhdəsindən gələ bilərsən", - deyə Uill Smit oğluna səslənir.

Görüntülərdə bundan sonra aktyorun oğlunun hörümçəyi tutduğu görünür.
"Bu, həyatımızda gördüyümüz ən böyük hörümçəkdir", – deyə Trey bildirir.
Uill Smit isə bu məsələnin onun heç xoşuna gəlmədiyini, evi satmalı olacağını deyir.
Evdə nəhəng tarantulun gəzməsinə Uill Smitin həyat yoldaşı Cada Pinkett Smit də laqeyd qalmayıb və: "Artıq bu ONUN evidir", - deyə paylaşıma şərh yazıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Hollivud ulduzu "Oskar-2022"də yaşanan qalmaqaldan sonra böyük kinoya qayıdır. Belə ki, aktyor tezliklə öz bioqrafik filmi ilə ekranlarda görünəcək. Çəkilişləri "Netflix" striminq xidməti öz üzərinə götürmək istəyir.
Xatırladaq ki, ABŞ-da keçirilən 94-cü "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı sənədli film" nominasiyası üzrə namizədlərin adları açıqlandığı vaxt qalmaqal yaşanıb. Belə ki, aparıcı Kris Rokun çıxışı zamanı Uill Smitin həyat yoldaşının qısa saçı ilə bağlı zarafatına aktyor şillə ilə cavab verib. Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə "Oskar" da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoyub.

Xəbərlər     Tarix: 23 avqust 2022

Oxşar xəbərlər

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler birbank dollar məzənnəsi 1000 manatla biznes emlak xeberleri