Ukrayna Şərq cəbhəsi yaxınlığında Rusiya kəşfiyyat şəbəkəsini məhv edib
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətinin Slavyansk, Kramatorsk və Pokrovski rayonlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı kəşfiyyat məlumatları toplayan Rusiya kəşfiyyat şəbəkəsini məhv edib.
Şəbəkə üzvləri düşmənin raket və bomba hücumlarının nəticələri, regionun artilleriya atəşinə tutulması, yaşayış binalarının və mülki infrastrukturun dağıdılmasının miqyası barədə məlumat veriblər.
"Əlaqədar" rus agentlərindən biri Rusiya administrasiyasının nümayəndəsi olub. O, qondarma Donetsk Xalq Respublikasının "ali məhkəməsi"nin məmuru olub, üstəlik, Donbasın müvəqqəti işğal olunmuş ərazisində ukraynalıların təqib və qanunsuz həbs edilməsində iştirak edib. İstintaqın məlumatına görə, agent şəbəkəsinə Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 6 yerli sakin daxil olub", – məlumatda qeyd olunub.
UTX-nin məlumatına görə, kəşfiyyat məlumatlarını toplamaq üçün onlar Ukrayna qoşunlarının yeri və hərəkətinin vizual müşahidəsini həyata keçiriblər. Alınan məlumatlar xüsusi yaradılmış internet platformaları vasitəsilə təsdiqləyici foto və video materiallar ilə birlikdə elektron xəritələrdə koordinatlar şəklində Rusiya tərəfinə ötürülüb.
Bundan əlavə, Pokrovski rayonunda aparılan istintaq-əməliyyat tədbirləri zamanı internetdə təbliğat xarakterli nəşrlər yayan kremlpərəst təşviqatçı saxlanılıb.
Hazırda saxlanılanların hamısına qarşı Ukraynanın dövlət təhlükəsizliyinə qarşı cinayət törətməkdə şübhəli bilinməklə bağlı ittiham irəli sürülüb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes plan necə yazılır?