Ukrayna taxılını daşıyacaq ilk gəmilər sabah dənizə çıxacaq
"İyulun 31-də yükləmə prosesi başa çatdıqdan sonra taxıl daşıyan ilk gəmilər Ukrayna limanlarını tərk edə bilər".
Bunu Türkiyənin POLARNET yük gəmisinin kapitanı Əhməd Yücel Əlibəylər şənbə günü Ahaber telekanalının efirində deyib.
"İyulun 31-i günorta saatlarında gəmilərə taxılın yüklənməsi başa çatmalıdır. Gəmilərin yola düşmə vaxtı dəqiqləşməsə də, bu, elə həmin gün baş verə bilər. Daha sonra İstanbula qədər izləyəcəyimiz dəhliz və koordinatlar müəyyən ediləcək", – deyə kapitan bildirib.
Konvoya neçə yük gəmisinin daxil olacağı bilinmir. Daha öncə missiya çərçivəsində dənizə ilk olaraq üç gəminin çıxacağı deyilirdi. Lakin Ankaradakı mənbənin məlumatına görə, konvoyun tərkibi artırıla bilər. Taxılla yüklənmiş ilk gəmilər Odessa və Çernomorsk limanlarından yola çıxaraq Afrika sahillərinə istiqamət götürəcək.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlərə əsasən İstanbulda dördtərəfli koordinasiya mərkəzi yaradılıb. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c