UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq: Pekində mühüm razılaşmalar əldə olunub

UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq: Pekində mühüm razılaşmalar əldə olunubAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində, Pekin şəhərində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub və sənədlər imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumatda bildirilir ki, Pekinə səfər çərçivəsində UNEC nümayəndə heyəti ilk olaraq İnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF) olub. Vitse-prezident və Baş Katib xanım Guo Mingshenin rəhbərliyi ilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də "İnkişaf İqtisadiyyatı"nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in ACCA, CFA-dən və maliyyə ixtisasının FİBAA akkreditasiyasından keçdiyini bildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin və İnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürüb. Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəri Chen Yuan-ın müəllifi olduğu "Dövlət və Bazarın Uzlaşdırılması: Çin Yanaşması" kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıq əldə olunub. Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitet olduğunu xüsusi vurğulayıb.
UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq: Pekində mühüm razılaşmalar əldə olunubUNEC nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyə sahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetində (CUFE) universitetin prezidenti Ma Haitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları, ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıl iqtisadiyyat sahəsində tədqiqatlar, "Bir Kəmər, Bir Yol" təşəbbüsü üzrə Think Tank və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıq əldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səfərin növbəti günündə UNEC nümayəndə heyəti Azərbaycan dili ilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici Dillər Universitetində olub. Universitetin prezidenti Jia Wenjian ilə görüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması, iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom proqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.  UNEC nümayəndələri həmin universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrlə də görüşüblər.
UNEC rektoru professor Ədalət Muradov həmçinin Çin Renmin Universitetinin tanınmış alimi professor Wang Yiwei ilə görüşüb. Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə "Bir Kəmər, Bir Yol" adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dair razılıq əldə olunub.
Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) prezident cənab Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə "Ticarət və İqtisadiyyat" İnstitutunun, "Rəqəmsal İqtisadiyyat" laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dair razılıq əldə olunub. Həmçinin UİBE-də fəaliyyət göstərən "ÜTT İnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasına qərar verilib.
Səfər çərçivəsində sonuncu görüşü isə THE reytinqində Çində lider olan Tsinghua Universitetində olub. Universitetin Vitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrə ikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığa gəlinib.
Səfər zamanı UNEC nümayəndə heyəti Tsinghua Universiteti nəzdində fəaliyyət göstərən dünyada məşhur Schwarzman kolleci ilə də tanış olub. / marja.az

Maraqlı     Tarix: 12 iyun 2025

Oxşar xəbərlər

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d


iqtisadi xeberler bu gunun xeberleri emlak xeberleri telefonla pul qazanmaq en son xeberler