"United Payment" MMC yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
Regionun ilk və tək "Fintech As A Service" xidmət təminatçısı olan "United Payment" MMC KOBİA və MARSOL-un dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan Sahibkarlığı" adlı tanıtım sərgisində iştirak edir.
FED.az xəbər verir ki, "United Payment" şirkətinin sərgidə iştirakının əsas məqsədi yerli şirkətlərin ən müasir elekronik ödəmə alətlərindən istfadəsinə dəstəyin göstərilməsi, eləcə də onlayn ödənişlərdən faydalanaraq müştəriləri üçün daha əlçatan etməkdən ibarətdir. Bununla da, "United Payment" MMC olaraq ölkənin Rəqəmsal Ödəniş Strategiyasına və iqtisadiyyatın inkişafına töhfə vermis oluruq.
Qeyd edək ki, sərgi bu gün işə başlayıb və iyun ayının 10-dək ("Crystall Hall"da) davam edəcək.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
İyunun 10-dək keçiriləcək sərginin başlıca üstünlüyü burada iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır. Sərgi çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.
Sərgi çərçivəsində iyunun 9-da "Baku Crystal Hall"da "Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər", iyunun 10-da isə "Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması" mövzularında panel müzakirələr təşkil olunacaq.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt