Unun qiyməti aşağı düşdü: çörək ucuzlaşacaq? - AÇIQLAMA
"Unun qiymətinin 8% ucuzlaşmasının çörəyin qiymətinə təsir edəcəyini düşünmürəm. Lakin çörəyin çəkisinin tənzimlənməsinə, keyfiyyətinin artmasına müsbət təsirləri olacaq. Çörəyin qiymətində əhəmiyyətli dəyişiklik müşahidə etməyəcəyik. Çünki dəyirmanlar məsələni belə əsaslandırırlar ki, ötən il rentabilli olmayıblar, ili sıfır gəlirlə başa vurublar. Yəqin ki, bu il bunu kompensasiya etmək fikirləri olacaq. Bu, qəbulediləndir. Çünki hər bir sahibkarlıq subyekti gəlirlə işləməlidir".
KONKRET.azxəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Ekspert xatırladıb ki, Azərbaycanda unun qiymətinin artması dünya bazarında taxılın qiymətinin artması ilə müşahidə olunmuşdu:
"Dünya bazarında ötən ilin əvvəlində taxılın qiyməti 40%-ə yaxın artmışdı. Bu da ölkəmizə idxal olunan taxılın bahalaşmasına təsir etmiş, öz növbəsində unun bahalaşmasına gətirib çıxarmışdı. Bir müddət öncə dünyada taxılın qiyməti aşağı düşdü. Lakin bizdə taxıl, un aylar öncə tədarük edildiyindən ölkəyə taxıl hazırda yeni qiymətlərlə idxal olunmağa başlayıb. Bu da unun qiymətinin ucuzlaşmasına səbəb olub".
Eyyub Kərimli qeyd edib ki, ölkədə çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir: "Düzdür, şirkətlər ötən il zərərli işləmişdilər. Amma çörəyin qiymətinin çox qalxmaması üçün dəyirmanlara, un zavodlarına dövlət böyük məbləğlərdə dotasiya ayırmışdı".

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Swift nədir?
SMM nə deməkdir?
Yatırım olmadan necə biznes qurmaq olar?
SMM nədir?