Uzun fasilədən sonra Citibank ABB-yə xətt açdı
ABŞ-ın Citibank-ı ABB-yə örtüksüz xətt açıb.
Marja-nın əldə etdiyi məlumata görə, xətt beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədlidir. Beləliklə, uzunmüddətli fasilədən sonra ABB ilə Citibank arasında beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatlar bərpa olunub. Xarici əqdlərin icrası zamanı artıq bu xəttdən istifadəyə başlanıb.
Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün Facebook səhifəsində yazıb:
"Xoş bir xəbəri sizinlə bölüşmək istərdim. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ bankı Citibank uzun dönəmdən sonra ilk dəfə ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədli örtüksüz xətt açıb.
Artıq bu xətt çərçivəsində ilk əqd də bağlanıb, korporativ müştərilərimizdən biri 9.5 mln. ABŞ dolları məbləğində sənədli əməliyyat imkanından faydalana bilib".
İlk əməliyyatın infrastruktur layihələrinə aid olmasının əhəmiyyətini vurğulayan Abbas İbrahimov onu da qeyd edib ki, Citibank-ın Banka açdığı böyük məbləğdə kredit xətti ölkəmizin bank sektoruna olan inamın, ABB-nin dayanıqlı maliyyə vəziyyətinin və artan nüfuzunun daha bir göstəricisidir.
Citibank kimi böyük şəbəkəyə malik bankın örtüksüz xətt açması ABB-nin müştəriləri olan şirkətlərə, sahibkarlara qlobal bazarlardan alınan məhsul və xidmətlər üzrə əqdlərin maliyyələşdirilməsində geniş imkanlar yaradır. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?