Valid Fərmanoğlu Temu-nu ifşa etdi: "Gələn domofon nə şəkildəki kimi, nə də işlək çıxdı!"
Valid Fərmanoğlu Temu-nu ifşa etdi: "Gələn domofon nə şəkildəki kimi, nə də işlək çıxdı!"
Tanınmış texnobloger və aparıcı Valid Fərmanoğlu (TEXNOBRO), TikTok hesabında yayımladığı videoda populyar onlayn alış-veriş platforması Temu ilə bağlı şəxsi təcrübəsini və narazılıqlarını bölüşüb. O, Temu-dan gələn məhsulların fotolarda göstərildiyi kimi olmadığını, şəkillərin manipulyasiya edildiyini, məhsulların real ölçü və görünüşlə uyğun gəlmədiyini vurğulayıb.
Belə ki, Valid Temu platformasından ağıllı domofon sifariş edib. Ancaq məhsul gələndə nə şəkildəki görünüşə, nə də vəd edilən texniki keyfiyyətə uyğun olub:
• Daha böyük və yüksək texnologiyalı görünən domofon, realda daha kiçik və yüngül;
• Kamera keyfiyyəti zəif;
• Cihaza qoşulmaq isə çətin olub və istifadə üçün əlavə bulud servisinə ödəniş etməli olduğu ortaya çıxıb;
Bu texniki tələblər və çatışmazlıqlar məhsulun təsvirində və istifadəçi rəylərində ümumiyyətlə qeyd olunmayıb.
Validin sözlərinə görə, Temu-da yerləşdirilən istifadəçi rəyləri də real alıcı təcrübəsini əks etdirmirdi.
Eyni zamanda platforma "müvəqqəti endirim", "bəxtli seçim", "500 manatlıq məhsul 10 manata" kimi kampaniyalarla alıcıların psixologiyasına təsir edir, tələsik və düşünülməmiş sifarişlərə səbəb olur.
Sonda Valid izləyicilərini Temu-dan bəyəndiyi məhsulu almaq üçün tələsməməyə, daha diqqətli olmağa və digər platformalara da baxmağa səsləyib.
Videoya baxmaq üçün:
🔗 Valid Fərmanoğlu – TikTok videosu
https://www.tiktok.com/@valid_fermanoqlu/video/7524405975357361416

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes təlimlər və tədris üsulları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları