Varlıların Londona yolu bağlanır - BRİTANİYADA YENİ QAYDA
Böyük Britaniya zəngin əcnəbilər üçün investor vizasını ləğv edir.
biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi xarici investorlara sürətləndirilmiş daimi yaşayış imkanı təklif edən "Tier 1" vizasının dərhal ləğv ediləcəyini açıqlayıb.
"Qızıl viza" olaraq da bilinən investor vizası Britaniyada 2 milyon funt sterlinq və ya daha çox sərmayə qoyanlara ailələri ilə birlikdə yaşamaq icazəsi təklif edir. Lakin bu viza növünün zəifliyi ilə bağlı narahatlıqlar səbəbindən bir müddətdir ki, yoxlamalar aparılır və hökumət korrupsioner elitanın Böyük Britaniyaya çatması üçün bir fürsət olaraq gördüyü bu vizanın qaldırılmasına qərar verib.
Artıq Böyük Britaniyada investorların məskunlaşması onların yaradacağı real iş yerləri və nəzərəçarpacaq iqtisadi təsirlərə əsaslanacaq.
İnvestor viza sistemi 2008-ci ildə Avropa İttifaqı xaricindəki varlı insanları Böyük Britaniyaya investisiya qoymağa təşviq etmək üçün başlamışdı. /fed.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
Dünyanın ən varlı 10 adamı
Onlayn biznes növləri
Evdə biznes qurmağın yolları