"Veysəloğlu" əməkdaşlarının uğur qazanan övladlarını mükafatlandırdı - FOTOLAR
Hər bir övladın adına Qarabağda bir ağac əkilməsi üçün Qarabağ Dirçəliş Fonduna ianə edildi
Veysəloğlu Şirkətlər Qrupunda çalışan əməkdaşların 70 övladı 2023-cü ildə beynəlxalq və ölkədaxili yarışlarda uğur qazanıb.
FED.az xəbər verir ki, onlar elm, texnologiya, şahmat və idmanın digər növləri üzrə məşhur yarışlarda iştirak edərək 90-a yaxın qızıl, gümüş, bürünc mükafatlar və müxtəlif sertifikatlar əldə ediblər.
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən əməkdaşların övladlarının qazandıqları uğurlar münasibəti ilə mükafatlandırma mərasimi təşkil edildi. Tədbirdə Qrup CEO Burak Dəniz və "OBA Market"in İdarə Heyətinin sədri Natəvan İbrahimova əməkdaşların övladlarını təbrik edərək onlara gələcək fəliyyətlərində müvəfəqiyyətlər arzu etdilər.
Əməkdaşların övladlarının hər birinin adına Qarabağda bir ağac əkilməsi üçün Qarabağ Dirçəliş Fonduna ianə edildi. Qeyd edək ki, Qrupun bu Qarabağda ətraf mühitə dəyən zərərin aradan qaldırılması istiqamətində bir töhfədir.
Veysəloğlu Şirkətlər Qrupu işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa davam edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?